
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"AVESTA.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.
Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Güləşçimiz 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.