7-08-2024, 14:44 38

Ermənistan üçün vəd olunan “qaynar payız” - İrəvan düşdüyü labirintdən necə çıxa bilər? - TƏHLİL

Ermənistanda daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalır. Müxtəlif dairələr və fiqurlar Nikol Paşinyan hakimiyyətinə qarşı çıxışlarını davam etdirirlər. Bu, özünü fərqli müstəvilərdə və təzahürlərlə açıq göstərir.

Belə bir şəraitdə yerli KİV-də məlumat yayılmışdı ki, Ermənistanda, az qala, “xalq qəhrəmanı” kimi xarakterizə edilən keşiş Baqrat Qalstanyan Qarabağ ermənilərinin “lideri” ola bilər. Həmin iddiada Baqratın Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıqlar aparmasına “liderlik” etməsinin mümkünlüyü də vurğulanıb. Əslində bu, absurd yanaşmadır.

Nəzərə almaq lazımdır ki, rəsmi Bakı daha əvvəl bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən, azərbaycanlılara qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilər. Keşiş Baqrat isə bu “kriteriya”ların heç birinə uyğun gəlmir. Əvvəla, o, Qarabağ ermənisidir. Həmçinin Baqrat anti-Azərbaycan mövqenin daşıyıcısı olmaqla yanaşı, həm də qatı separatçıdır.

Üstəgəl, Baqrat indiyə kimi Ermənistan hakimiyyətinin öz dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla normallaşma istiqamətində atdığı addımların əleyhinə çıxıb. Belə olan halda adıçəkilən keşişdən hansı səmimiliyi gözləmək olar?

Başqa bir məsələ ondan ibarətdir ki, Qalstanyan Ermənistanın müxtəlif regionlarına səfərlərini davam etdirir. Onun avqustun 4-də Şiraka səfəri zamanı “Azatutyun”a müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək yeni etiraz kampaniyası sentyabrın əvvəllərində başlayacaq.

“Azatutyun”un yazdığına görə, arxiyepiskop hər hansı spesifik aksiyadan danışmasa da, kampaniyanın ikinci mərhələsinin kütləvi tədbirlərlə deyil, tərəfdarlar arasında aparılan müzakirələrlə başlayacağını deyib.

Keşiş bu çərçivədə şəxsən Paşinyanı nəzərdə tutaraq bildirib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir.

Qalstanyan əlavə edib ki, hökumətə qarşı “mübarizə metodları” dəyişdiriləcək, çünki onlar qarşı tərəfin sərt hərəkətlərindən nəticə çıxarıblar.

Xatırladaq ki, erməni kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə qarşı çıxmasından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. Bundan sonra ölkə daxilində hələ də bitməyən “soyuq savaş” başlayıb. Mürəkkəbləşməkdə olan bu prosesin gedişində Ermənistan hakimiyyəti üçün müəyyən risklərin yarandığı bilidirlir.

Onu da deyək ki, Qalstanyan sentyabr ayından etibarən, Ermənistanda “qaynar payız”ın başlayacağını iddia edib. Ölkənin hakim “Vətəndaş sazişi” partiyası diqqətini “qaynar payız” anonsunun mümkün ssenarisinə yönəldib. Bu zaman həmin ərəfədə ilk növbədə Ermənistan parlamentinin yeni sessiyasının işə başlayacağı qeyd olunur. İndi hökumət Qalstanyanın parlamentin işini təkrar pozmasına imkan verməməyin yollarını axtarır. Bu arada hakim siyasi elitada onu da etiraf edirlər ki, Ermənistan yaxın tezlikdə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasa, hakimiyyətə qarşı daxildən və xaricdən təzyiqlər artacaq. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, kənar qüvvələrdən asılı vəziyyətdə olan Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək imkanı yoxdur. Rəsmi İrəvan artıq uzun müddətdir, Qərblə Rusiyanın maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Bu azmış kimi, daxili müxalifət də hakimiyyəti davamlı olaraq təzyiq altında saxlayır. Belə olan halda Ermənistan üçün yeni “təhlükəsizlik çətiri”nin tapılması zərurətinin aktuallığı xeyli artıb. Bu isə regionda əməkdaşlıq mühitinin təmin olunmasından, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbin təzyiq və təsirləri ilə Rusiyadan, həmçinin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmağa davam edir. Rəsmi İrəvan KTMT-nin ard-arda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” və “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib. Əslində bu qərarın səbəbi özlüyündə aydındır. Ermənistan ABŞ ilə nə qədər yaxınlaşırsa, Rusiyadan bir o qədər uzaqlaşmalı olur. Moskvanın bu prosesə sonsuzadək təmkinli yanaşacağı isə inandırıcı görünmür. Odur ki, hazırda Qərblə Rusiya arasında siyasi poliqona çevrilən Ermənistanın gələcəkdə hərbi poliqona çevrilərək Ukraynanın taleyini yaşaması istisna edilmir.

Bu arada Ermənistan xarici KİV-də artıq NATO-nun regiondakı plasdarmı kimi təqdim olunmaqdadır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin işi heç də asan deyil. Mövcud iqtidar üçün gerisayım, bəlkə də, başlayıb. Belə olan halda bütün yollar eyni istiqamətə - Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmasına aparır. Əks halda, İrəvanın düşdüyü labirintdən çıxmağa nəzəri şansları da qalmayacaq...

Paylaş

Xəbər lenti

İlham Zəkiyev: Yarışa yaxşı hazırlaşa bilməsəm də, vətənə medalla qayıtdım Bu gün, 07:40 Lamiyə Vəliyeva: Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım Bu gün, 07:32 Moskva vilayətinə dron hücumu olub, ölən və yaralanan var - YENİLƏNİB Bu gün, 07:02 KİV: Qəzza zolağındakı Xan Yunis şəhərinə edilmiş hücumda 40-dan çox adam həlak olub Bu gün, 07:01 Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər Bu gün, 06:18 Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı” Polşadan vətənə qayıdıb Bu gün, 06:18 Moskva vilayəti dron hücumuna məruz qalıb, yaşayış binaları yanır Bu gün, 06:11 Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb Bu gün, 05:33 Ukrayna və Kanada informasiya siyasəti sahəsində əməkdaşlığı gücləndirəcəklər Bu gün, 05:17 Moldova “Qazprom”a Ukraynadan yan keçməklə qaz tranziti üçün sorğu göndərib Bu gün, 04:28 ABŞ Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar İrana qarşı tədbirlər görməyə hazırdır Bu gün, 03:46 Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub Bu gün, 03:03 İsrail HHQ Livanın cənubundakı “Hizbullah” hərbi obyektlərinə hücum edib Bu gün, 02:35 Bolqarıstan sularında 13 ölkənin iştirakı ilə hərbi təlimlər keçiriləcək Bu gün, 02:24 “Ulduz müharibələri”ndə Dart Veyderi səsləndirmiş aktyor vəfat edib Bu gün, 01:24 Millətlər Liqası: Türkiyə inamlı qələbə qazanıb, Qazaxıstan böyük hesabla məğlub olub Bu gün, 00:43 Moldova etiraz edən fermerlərin tələbi ilə kənd təsərrüfatı sektorunda fövqəladə vəziyyət tətbiq edəcək Bu gün, 00:20 Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib Dünən, 23:42 Azərbaycanın Maldivdəki qeyri-rezident səfiri etimadnaməsini adanın Prezidentinə təqdim edib Dünən, 23:16 Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib Dünən, 23:15 Fransa millisinin sabiq üzvü növbəti dəfə cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb Dünən, 22:59 Fransa millisinin sabiq üzvü il ərzində ikinci dəfə cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb Dünən, 22:59 "Apple" yeni məhsullarının təqdimatını keçirib Dünən, 22:47 Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət edib Dünən, 22:46 Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir Dünən, 22:16 Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb Dünən, 22:10 Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb Dünən, 21:44 Azərbaycanın U-17 millisi yoxlama oyunu keçirib Dünən, 21:38 BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsini təmin etmək üçün çox çalışır Dünən, 21:29 Xudatda azyaşlının döyülməsi ilə bağlı tibbi ekspertiza təyin edilib - YENİLƏNİB Dünən, 21:23 "Beşiktaş" Vensan Abubakarla yollarını ayırıb Dünən, 21:22 Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək Dünən, 19:44 Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir Dünən, 19:31 Ali məktəblərdə illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb Dünən, 19:26 Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 19:17 Azərbaycan Ermənistanı kommunikasiyaların açılması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırıb Dünən, 19:15 ABŞ Açıq Çempionatının finalı İtaliyada ən çox baxılan tennis matçı kimi tarixə düşüb Dünən, 19:05 Yardımlının iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq  Dünən, 19:00 “Bank of Baku”da əmanət faizi yüksəldi, 11.5 %-dək oldu Dünən, 18:49 Qırğızıstanda dövlət qulluqçularının əməkhaqqının artırılması qadağan edilib Dünən, 18:48 Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub Dünən, 18:41 Azərbaycanda “Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası” təsdiq edilib Dünən, 17:57 Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb Dünən, 17:55 Azərbaycan şahmatçısı növbəti uğura imza atıb Dünən, 17:54 Azərbaycanda vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği müəyyən edilib Dünən, 17:53 Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasın haqqını Tarif Şurası təsdiq edəcək Dünən, 17:52 Azərbaycanda dövlət əmlaklarının qiymətləri tənzimlənməyəcək Dünən, 17:50 Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir Dünən, 17:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR