
Çinin Çanşa şəhərində (Mərkəzi Çin Hunan əyaləti) yerləşən göydələndə güclü yanğın baş verib.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, yanğın binanın on mərtəbəsini əhatə edib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları işləyir. Binanın hündürlüyü 200 metrdən çoxdur. Hadisə qurbanları və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.