
Ağdaşda 76 yaşlı qadın sirkə turşusundan ölüb.
"AVESTA.AZ" xəbər verir ki, rayon sakini, 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.