
Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.
"AVESTA.AZ" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Avqustun 24-də Estoniyanın paytaxtı Tallində keçiriləcək oyunun hakimləri polşalı Maqdalena Nevyarovskа və almaniyalı Benedikt Qеukеs olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.