
Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.
"AVESTA.AZ"un Şərqi Avropa bürosunun məlumatına görə, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" («За заслуги») ordeni ilə təltif olunub.
Qeyd edək ki, həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.