
Portuqaliyanın "Porto" klubunun hücumçusu Fransisko Konseysao İtaliya təmsilçisi "Yuventus"a keçəcək.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər Portuqaliya yığmasının 21 yaşlı üzvünü 7 milyon avro qarşılığında icarəyə götürəcək.
Bununla yanaşı İtaliya klubu əlavə 3 milyon avro bonus ödəyəcək. Ancaq müqavilədə satın alma variantı nəzərdə tutulmayıb.
Qeyd edək ki, F.Konseysao “Porto” komandasının heyətində keçirdiyi 93 oyun ərzində 11 qol vurub, 13 məhsuldar ötürmə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.