
Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” (Fişer turniri-red) başa çatıb.
"AVESTA.AZ"un məlumatına görə, turnirdə həmçinin Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Əlireza Firuzja (Fransa), Petr Svidler, Yan Nepomniaxçi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak ediblər.
Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub.
Məmmədyarov - Dominqes 1:0
Svidler - Məmmədyarov 1:0
Məmmədyarov - Aronyan 0,5:0,5
Turnir cədvəli: Firuzja, Karuana - hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşi - hərəyə 6, Co - 4,5, Aronyan, Nakamura - hərəyə 4, Dominqes, Svidler - hərəyə 3,5 Kasparov - 0,5 xal toplayıblar.
Hazırkı müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.