2-09-2024, 18:33 1202

Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb.

XİN-dən "Report"a bildirilib ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat və kommunikasiyalar, humanitar və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq və parlamentlərarası əlaqələrin dinamizminin mühüm rol oynadığını qeyd edib. Ali səviyyəli təmaslar çərçivəsində əsası qoyulmuş Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.

Ölkələrimizin nümunəvi ikitərəfli münasibətlər dinamikasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdə özünü biruzə verdiyi məmnunluqla qeyd edilib.

Xüsusilə, energetika, investisiyalar və s. istiqamətlər üzrə sahəvi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin intensivliyi təqdirəlayiq hesab olunub.

Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrinin inkişaf etdirilməsi, habelə ölkələrimiz arasında vizasız gediş-gəliş rejiminin tətbiqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verdiyi qeyd olunub. Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı bildirilib.

Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi barədə ətraflı məlumatlandırıb. Serbiya şirkətləri və sərmayədarları Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində aktiv iştirak etməyə dəvət olunublar.

Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə delimitasiya prosesində əldə olunan irəliləyişlər daxil olmaqla, sülh gündəliyinin irəlilədilməsi istiqamətində inkişafların mövcud olduğunu, lakin buna baxmayaraq, Ermənistan Konstitusiyası daxil olmaqla, bu ölkənin bir sıra qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, digər tərəfdən isə Ermənistanın sürətlə silahlanmasının sülh prosesinə maneə törətdiyini diqqətə çatdırıb.

Marko Curiç ölkəmizi ötən gün baş tutan parlament seçkilərinin şəffaf, azad və demokratik formada təşkili münasibətilə təbriklərini çatdırıb, seçki prosesinin nəticələrinin Azərbaycan parlamenti üçün uğurlu olacağına dair ümidvarlıq ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra ADA Universiteti və Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Daha sonra, nazirlər görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında bəyanatla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

12:25

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycan XİN-də geniş tərkibdə görüşüblər.

"Report" xəbər verir ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm, ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlıq və digər sahələr müzakirə edilib.

Tərəflər ticarət, enerji, investisiyalar və s. sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR