
Salyan rayonunda əmək yarmarkası keçiriləcək.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional filialının dəstəyi ilə Salyan rayon xidməti şöbəsi tərəfindən keçiriləcək.
Yarmarkaya gələnlərə şəxsiyyət vəsiqələrinin gətirilməsi tövsiyə olunur.
Yarmarka sentyabrın 5-də Salyan Olimpiya İdman Kompleksində olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.