
İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz.
“AVESTA.AZ” xəbər verir ki, bunu İtaliyanın iqlim məsələləri üzrə hökumət nümayəndəsi professor Francesco Korvaro “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.
Onun sözlərinə görə, builki COP29-un nə qədər önəm daşıdığı hamıya məlumdur:
"Biz önümüzdəki illər üçün iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələlərini həll edəcəyik. Biz ancaq ölkələr arasında savaşları görürük, amma bir masa ətrafında iqlim dəyişikliyi ilə mübarizəni də müzakirə edə bilərik. Bu mübarizəni tək bir ölkə edə bilməz. İqlim və sülh arasında önəmi həmişə xatırlamalıyıq. Bir yerdə çalışaraq ikiillik şəffaflıq hesabatı yarada bilərik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.