
Aktrisa Cəmilə Tağızadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, hazırda Türkiyəyə istirahətə yollanan Tağızadə şəxsi instaqram hesabında eyhamlı sözlərin yer aldığı video paylaşıb.
"İstanbullu gəlin idim, oldum İstanbullu turist... 6 il Türkiyədə yaşadıqdan sonra yenidən bura turist kimi gələcəyim ağlıma gəlməzdi. Həyat insana nələr yaşatmır ki... " deyə aktrisa vurğulayıb.
Xatırladaq ki, Cəmilə Tağızadə 2017-ci ildə Türkiyə vətəndaşı Murat Temizlə evlənib. 2020-ci ildə onların bu evlilikdən Abdullah Cesur adlı oğlu dünyaya gəlib. Verilişlərdən birinə qonaq olan aktrisa qısqanclıq səbəbindən həyat yoldaşından ayrıldığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.