
Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası yeniyetmə oğlanlar arasından millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcəklər.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.
U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaqlar.
Qeyd edək ki, sentyabrın 5-6-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq toplanış baxış xarakteri daşıyacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.