
ABŞ-li qadın futbolçu Aleks Morqan karyerasını bitirib.
"AVESTA.AZ" xəbər verir ki, qadın futbolunun məşhur simalarından sayılan Morqan 2012-ci ildə Olimpiya, milli komandanın heyətində ikiqat dünya (2015, 2019), Fransanın “Lion”un kollektivinin tərkibində isə Çempionlar Liqasının qalibi olub.
35 yaşlı hücumçu sentyabrın 8-də ölkəsinin "San Dieqo Veyv" klubunda sonuncu matçını keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.