
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya futbolunun tarixinə düşüb.
"AVESTA.AZ" xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.
Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.
Qeyd edək ki. Kriştianu Ronaldu Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.