
Azərbaycan milliləri bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayıb.
"AVESTA.AZ"un məlumatına görə, Nikaraqua ilə qarşılaşan qadınlardan ibarət yığmamız hesabda irəli çıxıb.
Ülviyyə Fətəliyeva Mariya Qaranadosa qalib gəlib - 1:0.
Qadınlardan ibarət millinin heyətində Mixail Şereşevski, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova yer alıb.
Kişilərdən ibarət yığma isə İordaniya ilə üz-üzə gəlir.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.