11-09-2024, 23:52 493

Qərbi Azərbaycan Xronikası: Zəngəzur mahalının ən qədim kəndi – Ağvan

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Zəngəzur mahalının ən qədim kəndi – Ağvan” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə xüsusi plan əsasında adı dəyişdirilən Ağbaba, Ağbaş, Ağvan, Ağqala toponimləri, Ağbaba, Ağvəng, Ağqaya oronimləri haqqında söz açılır.

Bildirilir ki, azərbaycanlıların qədim tarixini əks etdirən yaşayış məskənlərinin, yer-yurd adlarının yadlaşdırılması bütün zamanlarda ermənilərin xüsusi planları əsasında reallaşdırılıb.

AĞBABA - Ağbaba mahalının Amasiya və Qızıl Qoç rayonlarını əhatə edən nahiyə olub və burada əhalinin 90 faizini azərbaycanlılar təşkil edib. 1930-cu ildə Ağbaba nahiyəsi ləğv edilib, onun əsasında Amasiya və Qızılqoç, yəni Qukasyan rayonları yaradılıb.

AĞBABA –Ağbaba mahalının Amasiya rayonunda kənd olub və xarabalığa çevrilib. Toponim “ağbaba” quş adı əsasında formalaşıb.

AĞBABA - Ağbaba və Şörəyel mahalları ərazisində, Qızılqoç, indiki Qukasyan rayonu ərazisində dağ adıdır.

AĞBAŞ – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda qışlaq olub və 1930-cu illərdə ləğv edilib. Toponim Ağbaş türk tayfasının adı əsasında formalaşıb.

AĞVAN – Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Erməni mənbələrində alban etnonimi “ağvan” formasında işlənir.

AĞVƏNG - Dərələyəz mahalının Keşişkənd, yəni Yeğenadzor rayonunda qala olub. “Ağ” sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə «abidə, möhkəm abidə» mənasında işlənir.

AĞQAYA - Kiçik Qafqaz sıra dağlarında dağ adıdır. Göyçə, yəni Sevan gölünün şərqində yerləşir.

AĞQALA - Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə azərbaycanlılar kənddən ermənilər tərəfindən qırğınlarla qovulduqdan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilib və azərbaycanlılar 1988-ci ildə deportasiya edilib. Kəndin adı ərazidəki albanlara məxsus ağ rəngli qaladan götürülüb. Ermənistan Prezidentinin 1991-ci il 19 aprel tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk, yəni Qala yeri qoyulub.

Sonda vurğulanır ki, ermənilərin toponim oyunbazlığı hiyləğər siyasət əsasında dövlət səviyyəsində həyata keçirilib: “Təbii ki, mənfur qonşularımız nə qədər oyunbazlıq etsə də, reallıqlar dəyişmir. Reallıq isə odur ki, azərbaycanlılar öz tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıdacaq və əbədi varlığını bir daha sübut edəcək”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasını, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 11-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR