
"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
"AVESTA.AZ"un məlumatına görə, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot baryerlə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.