20-09-2024, 01:33 427

Qərbi Azərbaycan Xronikası:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Bölgə “qaynar qazana” çevrilib” adlı süjetdə Azərbaycan-Ermənistan danışıqları və bölgədə baş verən proseslərdən bəhs olunur.

Bildirilir ki, proseslərin gərgin mərhələyə qədəm qoyması istənilən an “partlayışın” baş verə biləcəyi gözləntiləri artır və əsas diqqət Zəngəzura – Qərbi Azərbaycan torpaqlarına yönəlir: “Çünki rəsmi Bakı və İrəvan xətti üzərindən davam edən geosiyasi mübarizədə açar nöqtə Zəngəzur dəhlizidir. İran Zəngəzur dəhlizinə görə “müharibəyə başlamaq” kimi bəyanatlar verir. Bölgə faktiki olaraq, “qaynar qazan”a çevrilib və hadisələrin istənilən an nəzarətdən çıxması riskləri getdikcə artır”.

Qeyd olunur ki, Nikol Paşinyan sülh sazişi layihəsində olan 17 maddənin 14-nün razılaşdırıldığını bəyan edib: “Erməni baş nazir Bakıya təklif edir ki, razılaşdırılan maddələr üzərində sülh müqaviləsi imzalansın. Bu, rəsmi İrəvanın diplomatik oyunudur. Belə ki, Paşinyan “yarımçıq sülh sazişi” imzalamaqla həm ölkəsində Konstitusiyanı dəyişdirməkdən imtina etmək, həm də rəsmi Bakının sərhədin delimitasiyasında baza prinsipini dəyişdirmək imkanını əlindən almaq, beləliklə, Qərbi Azərbaycan torpaqları üzərində legitimlik qazanmaq istəyir. Lakin Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq, bütün məsələlər razılaşdırılmalıdır”.

Süjetdə rəsmi Tehranın ciddi əsas gətirmədən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ilə bağlı İran mətbuatında dərc olunan, rəsmi şəxslərin dilindən səsləndirilən təhdid xarakterli yazılara yer verilir.

Diqqətə çatdırılır ki, İranın müharibə xəbərdarlıqları daha çox Rusiyanı dəhliz layihəsinə dəstək verməkdən çəkindirmək məqsədi daşıyır: “Bu kontekstdə Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan iddia edir ki, Zəngəzur dəhlizi Azərbaycanın Qərbi Zəngəzura nəzarəti bərpa etməsi istiqamətində əsas addımdır. Erməni diplomat Edqar Qazaryan isə deyir ki, Paşinyanın mətbuat konfransında söylədiyinə görə, Azərbaycan Konstitusiyasına əsasən Zəngəzurun (Sünik), Göyçə mahalının Çəmbərək (Geqarkunik), Vedi (Aratat), Şəmşəddin (Tavuş) rayonları, eləcə də Dərələyəz (Vayots Dzor) mahalı onlara məxsusdur. Bununla belə rəsmi İrəvan Azərbaycandan Konstitusiyasını dəyişdirməyi tələb etmir. Əslində Paşinyan bununla Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqladı”.

Sonda vurğulanır ki, Ermənistanda belə fikirlər mütəmadi olaraq səsləndirilir və əsas məqsəd Paşinyan hakimiyyətini ittiham etmək olsa da, reallıqdan uzaq deyil.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 19-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR