25-09-2024, 18:35 469

Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib

Azərbaycanda hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib.

“AVESTA.AZ”un əldə etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qaydada qeyd olunub ki, hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi tərəfindən təmin edilir.

Hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının təmin olunması üçün aşağıdakı tədbirləri görməlidir:

- hava gəmisinin uçuşa yararlı vəziyyətdə saxlanılması;

- uçuş əməliyyatlarının həyata keçirilməsini, eləcə də hava gəmisinin istismarı zamanı baş verə biləcək qəza hallarının mənfi təsirlərinin azaldılmasını təmin edən avadanlıqların hava gəmisinin istehsalçısı tərəfindən müəyyən edilən təlimatlara uyğun şəkildə hava gəmisində quraşdırılması və istismara yararlı olması, eləcə də həmin avadanlıqlar istismara yararlı olmadıqda bu barədə məlumatların hava gəmisinin texniki jurnalında ətraflı qeyd edilməsi;

- hava gəmisinin uçuşa yararlılıq sertifikatının etibarlı olması;

- hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılmasının idarə edilməsinin, habelə hava gəmisinə texniki xidmət göstərilməsinin nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinin sertifikatlaşdırdığı təşkilatlar tərəfindən həyata keçirilməsi;

- hava gəmiləri üçün texniki xidmət proqramının təsdiq edilməsi ilə bağlı tədbirlərin görülməsi, həmçinin texniki xidmətin həmin proqrama uyğun olaraq həyata keçirilməsi.

Hava gəmisinə texniki xidmət göstərən təşkilatlar hava gəmisinə və onun komponentlərinə texniki xidmətlə bağlı lazımi işlərin yerinə yetirilməsini təmin etməlidirlər.

Hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya kommersiya hava daşımaları üzrə istismarçı hava gəmisinin istismara yararlılığına əmin olmaq üçün hava gəmisinə uçuş öncəsi baxışın keçirilməsi ilə bağlı tədbirlər görürlər. Qeyd edilən baxış həmin hava gəmisinin istismara buraxılışını təsdiq edən personalın iştirakı olmadan hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya digər ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilir.

Kommersiya hava daşımaları zamanı istifadə olunan hava gəmisinin istismarçısı öz istismarçı sertifikatında qeyd edilən hava gəmiləri üçün uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olmalıdır. Digər hallarda istifadə olunan hava gəmisinin uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi istismarçı (hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olduğu halda) və ya istismarçı ilə bağlanılmış müqavilə əsasında uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.

Texniki xidmət hava gəmisinin istismarçısı (texniki xidmət göstərən təşkilat kimi sertifikata malik olduğu halda) və ya uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat (uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi müvafiq sertifikat əsasında istismarçı tərəfindən həyata keçirildiyi halda isə istismarçı) ilə bağlanılmış müqavilə əsasında texniki xidmətin göstərilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR