26-09-2024, 16:55 513

Azərbaycan Serbiya ilə təbii qaz və “yaşıl enerji” üzrə sənədlər imzalayıb

İkitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş olub.

“AVESTA.AZ” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb.

Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Azərbaycan qazının Serbiyaya tədarükündən məmnunluq ifadə edilib və enerji tərəfdaşlığının “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri dəyərləndirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi kontekstində Azərbaycan ilə Serbiya arasında “yaşıl enerji” sahəsində infrastruktur layihələrinin reallaşdırılması və elektrik enerjisinin ticarəti məqsədilə əməkdaşlığa maraq ifadə edilib. Söhbət zamanı Serbiyada qazın saxlama imkanları və qazla işləyən elektrik stansiyasının inşasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) potensial iştirakı məsələləri də müzakirə edilib. Enerji əməkdaşlığının gündəliyində olan bütün bu məsələlər üzrə İşçi Qrupunun yaradılması razılaşdırılıb. Həmçinin COP29 Sədrliyinin enerji təşəbbüsləri və Enerji Günü çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb.

P. Şahbazov deyib ki, Azərbaycan Avropaya qaz tədarükü bazarlarını genişləndirmək hədəfi çərçivəsində Serbiya ilə əməkdaşlıqdan məmnundur: “Bu gün SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə yeni müqavilənin və iki ölkənin “yaşıl enerji” sahəsində əməkdaşlığına dair sənədin imzalanması enerji tərəfdaşlığımızı möhkəmləndirən yeni səhifə açır. Gələcəkdə qaz tədarükünü 1 milyard kubmetrə çatdırmaqla bağlı planlar, bərpa olunan enerji resurslarımızın tədarükü Serbiyanın enerji təchizatının şaxələnməsinə və enerji keçidinə töhfə verəcək.”

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib ki, bu gün imzalanan sənədlərlə enerji sahəsində əməkdaşlığımız daha da güclənəcək: “Yaşıl enerji” sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan şirkətlərinin təcrübəsi ilə birgə həyata keçirə biləcəyimiz infrastruktur layihələri üçün güclü platforma qururuq. “Yaşıl enerji” potensialımızın artırılması və sizin dəstəyinizlə həyata keçirdiyimiz qaz təchizatının diversifikasiyası üzrə vizyonumuz üst-üstə düşür. Təbii qaz və “yaşıl enerji” sahəsində əməkdaşlığımız Serbiyanın enerji təchizatına sabitlik və enerji təhlükəsizliyi gətirəcək.”

Yekunda SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Yeni qaz müqaviləsi 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qazın təchizatını nəzərdə tutur. Anlaşma Memorandumu isə bərpa olunan enerjinin və “yaşıl hidrogen”in istehsalı - ticarəti, birgə təşəbbüs və layihələr üzrə əməkdaşlığı təşviq edir. Sənədə əsasən, bərpa olunan enerji sahəsinə qarşılıqlı investisiya, yeni “yaşıl texnologiya”ların tətbiqi, karbon tutma, utilizasiya və saxlama, elektromobillik, enerji saxlancı və “yaşıl maliyyə”ləşdirmə istiqamətlərində əməkdaşlıq ediləcək.

16:10

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti tərəfindən 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb.

"AVESTA.AZ" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

O qeyd edib ki, Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə enerji əməkdaşlığımızın genişləndirilməsinə dair səmərəli görüşü olub.

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR