
"Sumqayıt" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Bu barədə "AVESTA.AZ"a "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.
Ötən mövsüm ABŞ-nin "North American University" kollektivində çıxış edən Ceylon Klarkla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, buna qədər "Sumqayıt" əcnəbi oyunçulardan amerikalı Derrik Nyuton, Calen Houkins və rusiyalı Andrey Moteyunası heyətinə qatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.