21-09-2022, 01:16 782

GUAM-a üzv dövlətlər arasında protokol və konvensiya imzalanıb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib.

Bu barədə “AVESTA.AZ” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, şuranın iclasına, həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba qatılıb.

Nazir Ceyhun Bayramov iclas zamanı çıxış edərək ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirləri ilə bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib.

Nazir, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. Nazir regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Üçtərəfli bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğunu bildirilib. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb.

Nazir, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər 15 milyon avro məbləğində Ukraynaya yardım göstərildiyi bildirilib. Nazir Ceyhun Bayramov çıxışının sonunda Ukraynanın 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib.

İclas zamanı habelə digər ölkələrin xarici işlər nazirləri və Baş katib Altay Əfəndiyev çıxış edərək təşkilat çərçivəsində mövqelər və prioritetlər barədə iştirakçıları məlumatlandırıblar.

İclas zamanı, üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqında Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM Konvensiyası”nı imzalayıblar.

Paylaş

Xəbər lenti

"Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48 Bakıda bu avtobuslar YENİLƏNİR Bu gün, 14:48 Nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq Bu gün, 14:48 21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan edilə bilər Bu gün, 14:48 NASA astronavtları ABŞ-dəki seçkilərdə səs verdi Bu gün, 14:48 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48 İşçilərin maaşları artıq bu qaydada ödəniləcək Bu gün, 13:48 Sinan Özen qardaşı ilə qəza keçirdi Bu gün, 13:48 35 yaşlı müğənni xərçəngdən öldü Bu gün, 13:48 "Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı Bu gün, 13:48 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı Bu gün, 13:48 Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq Bu gün, 13:48 Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq Bu gün, 13:48 Həbsxana həyatından danışan Rəqsanə: "Yaralı yerimdir" Bu gün, 12:48 Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi Bu gün, 12:48 Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur Bu gün, 12:48 Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək Bu gün, 12:48 DSMF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb Bu gün, 12:48 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda Bu gün, 12:48 Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq Bu gün, 12:48 Ərdoğan Azərbaycana gələcək Bu gün, 12:48 Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq Bu gün, 12:48 AFFA-ya yeni departament direktoru TƏYİNATI Bu gün, 12:48 DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb Bu gün, 12:48 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Bu gün, 12:48 Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi Bu gün, 12:48 Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb Bu gün, 11:48 "Qalatasaray" və "Fənərbağça"dan Avropada tarixi zəfər Bu gün, 11:48 Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən GÖRÜNTÜLƏR Bu gün, 11:48 Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR