
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Sığorta" ASC-nin vəzifəli şəxsini 300 manat cərimə edib.
"AVESTA.AZ" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin əməkdaşına qarşı tədbir görülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.