30-09-2024, 18:33 1107

İcma: Qayıdışın təmin edilməsi üçün dövlətin atacağı bütün addımlarda fəal iştirak edəcəyik

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.

"AVESTA.AZ" xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.

"1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb" - deyə, sənəddə vurğulanıb.

İcmanın bəyanatına görə, Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir:

"Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb".

Qərbi Azərbaycan İcması bildirib ki, prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir:

"Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

Biz, Qərbi Azərbaycan İcması olaraq, cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə, və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.

Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq".

Aşıq Ələsgərin və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edən İcma əlavə edib ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq:

"Prezidentin çıxışını yekunlaşdırdığı sözlər, bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir:

"Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!"

Paylaş

Xəbər lenti

Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb Bu gün, 18:48 Yabanı halda bitmiş 1,3 tona yaxın çətənə kolu məhv edilib Bu gün, 18:48 Gəncədə çaya yıxılan vətəndaşın xilas edilib Bu gün, 18:48 Bakıda azyaşlı bacı-qardaş evdən qaçıbmış - TÜKÜRPƏDƏN DETALLAR üzə çıxdı Bu gün, 18:48 Maştağada biabırçı mənzərə: "Gətirib motosikletlə boşaldırlar, xəstəlik yaradır" Bu gün, 18:48 Moldovada mer seçilən azərbaycanlı: "Gənclərimiz çox fəaldırlar" Bu gün, 18:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Konfrans Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq" Bu gün, 18:48 Göygöldə 4 kəndi birləşdirən körpü qəzalı vəziyyətə düşdü Bu gün, 18:48 İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq Bu gün, 17:48 "Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI Bu gün, 16:48 İngiltərə mətbuatı yazdı: Mohammed Salah "Beşiktaş"a çox yaxındır Bu gün, 16:48 Müctəba Xameneinin ilk xarici təması Putinlə ola bilər Bu gün, 16:48 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb Bu gün, 16:48 Ömər Eldarov: "Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirəm" Bu gün, 16:48 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? Bu gün, 16:48 "Mançester Yunayted" Vinisius üçün yeganə real seçimdir - Romen Molina Bu gün, 15:48 Sabah çimərliklərdə suyun temperaturunun 26 dərəcə olacağı gözlənilir Bu gün, 15:48 Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" Bu gün, 15:48 Mahir Emreli "Rakuv"da tibbi müayinədən keçir Bu gün, 15:48 Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb Bu gün, 15:48 "Neftçi" və "Zirə"nin Avropa oyunlarının hakimləri müəyyənləşdi Bu gün, 14:48 Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq Bu gün, 14:48 "Qarabağ" - ÇSKA oyunlarının hakimləri müəyyənləşdi Bu gün, 14:48 Dondurma sevənlərin DİQQƏTİNƏ - Bunlara diqqət edin Bu gün, 14:48 Şəmkirdə insident: Söyüşə görə başlayan davada qadın yaralanıb Bu gün, 14:48 Devid Bekham DÇ-2026-nın ən yaddaqalan məqamlarından danışıb Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib Bu gün, 13:48 Hansı hallarda dəniz təhlükəli olur? - Mütəxəssislərdən vacib xəbərdarlıq Bu gün, 13:48 Bazar günü Bakıda 33 dərəcə isti olacaq, bəzi rayonlara yağış yağacaq Bu gün, 13:48 Makroiqtisadi sabitlik: Strateji ehtiyatlar artıb, xarici borc azalıb Bu gün, 13:48 Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib Bu gün, 13:48 "Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa Bu gün, 13:48 DSX hərbçisi vəfat etdi Bu gün, 13:48 Milyonluq mənimsəməyə görə tutulan Müdafiə Nazirliyinin sabiq xidmət rəisi barədə qərar verilib Bu gün, 13:48 Hava ilə bağlı vacib XƏBƏRDARLIQ - Sabahdan… Bu gün, 13:48 Asim Xudiyevə UEFA-dan təyinat Bu gün, 13:48 "Qarabağ"ın biletləri bu gün satışa çıxarılır Bu gün, 11:48 Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub Bu gün, 11:48 Xırdalanda binada GÜCLÜ YANĞIN - Sakinlər belə təxliyə olundu Bu gün, 11:48 HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib Bu gün, 11:48 Rusiyanın bu hissəsində 5.3 maqnitudalı zəlzələ olub Bu gün, 11:48 Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik Bu gün, 11:48 Bakıda azyaşlı bacı-qardaş itkin düşüb Bu gün, 11:48 Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub Bu gün, 11:48 Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI Bu gün, 10:48 Raket və PUA hücumları - Küveyt hava limanında uçuşlar dayandırıldı Bu gün, 10:48 Suverenlik strategiya kimi: Əliyevin Şuşadan mesajları Bu gün, 10:48 DÇ-2026: Bu gecə mundialın üçüncüsü bilinəcək - Fransa ilə İngiltərə üz-üzə Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR