21-08-2023, 13:29 661

Miskin Abdal yadigarı, Ələsgər ucalığı - erməni barbarlığının qurbanı Göyçə aşıq məktəbi... - ARAŞDIRMA

"Coğrafiya taledir" deyiblər. Təəssüf ki, Azərbaycanın da taleyinə Ermənistan kimi bir qonşu düşüb. Elə bir qonşu ki, adı çəkiləndə 200 illik etnik təmizləmə, deportasiya, 30 illik işğal, onlarla soyqırımı aktı, məhv edilən minlərlə insan həyatı və müharibələr yada düşür. 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş böyük qələbə Azərbaycanın suverenliyini təmin etməklə yanaşı, xalqımızın yurd nisgilinə də son qoyub. Həmin yurd ki, işğal illəri ərzində erməni vandalları tərəfindən viran qoyulub. Azərbaycan insanının canına qəsd edən erməni quldurları onun ata-baba yurdunu, maddi-mədəni irsini dağıdıb, ekologiyasını məhv edib.

Bu dəfə tarixən Azərbaycan aşıq sənətinə Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi neçə-neçə ustadlar bəxş edən Göyçə aşıq məktəbindən bəhs edəcəyik. 1987-ci il deportasiyasına qədər fəaliyyət göstərən Göyçə aşıq məktəbi deportasiya illərində, demək olar ki, tamamilə dağılıb. Hazırda isə sadəcə bəzi qalıqları mövcuddur.

Göyçə aşıq məktəbinin banisi Miskin Abdal hesab olunur. Əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan Miskin Abdal Göyçə mahalının Sarıyaqub kəndində anadan olub. Belə bir iddia var ki, qədim oğuzlarda qopuzdan saza keçid də Miskin Abdalın adı ilə bağlıdır. Göyçədə Miskin Abdaldan sonra Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər və onunla eyni dövrdə yaşayan Növrəs İman, Aşıq Nəcəf və b. bu qədim türk diyarında yazıb-yaradaraq şifahi xalq ədəbiyyatımıza bənzərsiz əsərlər bəxş ediblər.

Onlar Göyçədə, Gəncəətrafı rayonlarda, Qarabağda və Azərbaycanın digər ərazilərində saz-sözləri ilə şənlik məclislərini zənginləşdiriblər.

1918-1920-ci illər ermənilərin azərbaycanlılara soyqırımı zamanı amansız düşmən tərəfindən kürəyinə samovar bağlanılaraq işgəncə ilə öldürülən də həmin aşıqlardan biri Göyçə mahalının Daşkənd kəndindən Aşıq Nəcəf olub.

Aşıq Nəcəf
Aşıq Nəcəf

Daha sonra Göyçədə Aşıq Ələsgərin oğlu Aşıq Talıb, Aşıq Musa yaşayıb yaradıblar və həmin aşıqlar bu sənəti miras kimi bir-birilərinə ötürməklə Göyçə mahalında aşıq sənətinin inkişafına töhfə veriblər. Göyçə mahalı Gədəbəy və Kəlbəcərlə qonşu olduğu üçün həm Gədəbəy aşıq məktəbi, həm də Kəlbəcər aşıq məktəbi Göyçə aşıq məktəbindən qidalanıblar.

Bu qədim məktəb azərbaycanlıların Göyçə mahalından deportasiyasına qədər fəaliyyət göstərib. Deportasiya zamanı Miskin Abdalın şəxsi əşyaları, Şah İsmayıl Xətainin onunla bağlı olan fərmanı hazırda Goranboy rayonunun Qaradağlı kəndində saxlanılır və bu yer ziyarətgah kimi fəaliyyət göstərir. Həmin əşyaları Nəsib Hüseynov buraya gətirib və hazırda həmin irs himayə olunaraq qorunur.

Rəvayətə görə, Çaldıran döyüşü zamanı Miskin Abdal Osmanlıya əsir düşür. Sultan Səlim Aşıq Miskin Abdaldan Şah İsmayıl Xətaiyə həsr etdiyi “Baş Divani” kimi bir əsər də ona həsr etməyini istəyir. Bir müddət sonra aşıq Sultan Səlimə həsr etdiyi divanini ona oxuyur. Aşıq havasını çox bəyənən Sultan Səlim bu divaninin adını soruşanda Miskin Abdal adının "Ayaq divani" olduğunu bildirir və "Baş Təbrizdədir" deyərək sultanın qəzəbinə tuş gəlir. Bundan sonra Aşıq Miskin Abdal Dənizli vilayətinə sürgün edilir və ömrünün sonuna qədər sürgün həyatı yaşayır.

Göyçə aşıq məktəbinin tarixinə nəzər saldıqda bu ocağın nə qədər qədim olduğunu görürük. Təəssüf ki, həmin ocaq hazırda erməni barbarları tərəfindən dağıdılıb və bir zamanlar aşıq sənətinin nümunələrini dinləməyə öyrəşdiyimiz yurdda indi vandalizm hökm sürür.

Göyçə aşıq məktəbinin yetirməsi olan Aşıq İmran Xəlilov deyir ki, Göyçədə saz-söz sənətinə böyük hörmət var idi: “Burada toylar sazla, balabanla, qara zurna ilə keçirilərdi. O günləri xatırlamaq belə bu gün insanın üzündə təbəssüm yaradır. Göyçə aşıq məktəbinin aşıq sənətinə töhfəsi danılmazdır. Həmin məktəbin yetirmələri gələcək nəsil üçün örnək idi. Hər istəyən aşıq ola bilməzdi. Aşıq birinci öz ədəb-ərkanı ilə seçilən, danışdığı sözün qiymətini bilən, dolğun nitqə sahib adam olmalı idi. Elə aşıq var ki, saz çalıb oxuyanda onu başa düşmək olmur. Lakin aşıq ifa edərkən dinləyicinin onun dediklərini dəqiq başa düşməsi ən vacib məqamdır”.

Aşıq İmran Xəlilov
Aşıq İmran Xəlilov

“Son deportasiyaya qədər Aşıq Bəhmən, Aşıq Qədir, Aşıq Xanlar, Aşıq Ələddin və bir sıra gənc aşıqlarla birgə Göyçə Aşıq məktəbində fəaliyyətimizi davam etdirirdik. Bu gün də Göyçə aşıq məktəbinin yetirmələri olaraq görüşür, saz-söz sənətinə öz töhfələrimizi verməyə çalışırıq. Biz ürəkdən inanırıq ki, Göyçəyə qayıdacağıq. Bu məsələdə isə Prezident İlham Əliyevə güvənimiz sonsuzdur. Bilirik ki, biz bir gün viran edilmiş yurdumuza yenidən həyatı qaytaracaq, Göyçə elində yenidən aşıq havaları səsləndirəcəyik”, - deyə Aşıq İmran vurğulayır.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar son 200 ildə yaşanan ağrı-acılardan, təkcə ötən əsr ərzində qərbi azərbaycanlıların 4 dəfə ata-baba yurdlarından deportasiya olunmalarından bəhs edərək bildirir ki, bütün bunlar Qərbi Azərbaycan aşıq sənətinə, Göyçə aşıq məktəbinə də təsirsiz ötüşməyib: “Sonuncu, 1987-1991-ci illər deportasiyasında Göyçə aşıq məktəbi ciddi ziyan görüb. Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli yetirmələri olan Göyçə aşıq məktəbi hazırda təəssüf ki, Ermənistanın indiki ərazisindən qovub çıxardığı azərbaycanlıların başına gətirilən müsibətlər nəticəsində kompaktlığını itirib”.

İcma sözçüsü qeyd edir ki, qərbi azərbaycanlılar bu gün də Göyçə aşıq məktəbinin irsinə sahib çıxırlar, lakin təəssüf ki, öz yurdlarından fərqli şəkildə bu fəaliyyəti davam etdirməyə məcburdurlar: “Həmin torpaqlarda Göyçə aşıq sənətinin inkişaf istiqaməti də tamam başqa idi. Sözügedən hallar, eləcə də Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsinin yerlə-yeksan edilməsi və bu kimi faktlarla əlaqədar Qərbi Azərbaycan İcmasının UNESCO-ya Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı Azərbaycan cəmiyyətinin müraciətini bir daha təkrar edib. Hansı ki, həmin müraciətə UNESCO-dan cavab olaraq bildirilib ki, bəhs olunan irsin dağıdılması kimi məsələlərin araşdırılması birbaşa UNESCO-nun mandatına aiddir. Qeyd etmək yerinə düşər ki, 2009-cu ildə Azərbaycanın aşıq sənəti UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına salınıb”.

Ü.Zülfiqar vurğulayır ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi deportasiyalar, soyqırımlar təkcə azərbaycanlıların özlərinə, ailələrinə, maddi irsinə deyil, qeyri maddi-mədəni irsinə də çox böyük zərər vurub.

Ustad-şəyird ənənəsini yaşadan, bağlama, qıfılbənd kimi janrlarla zəngin olan Göyçə aşıq sənəti “Göyçə gözəlləməsi”, “Göyçəgülü” və s. aşıq havaları ilə bu gün də yaşayır.

Qərbi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Göyçə aşıq məktəbi də ciddi zərər gördü. Soydaşlarımızın yurd həsrəti kimi problemlər Göyçə aşıq sənətinə də təsirsiz ötüşmədi. Xüsusilə bu məktəbin ən parlaq nümayəndəsi olan Aşıq Ələsgərin Qərbi Azərbaycanda, Göyçə mahalında, yaşadığı Ağkilsə kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən yerlə-yeksan edilməsi erməni vəhşiliyinin əyani sübutudur. Lakin ermənilər bilsin ki, biz o torpaqlara mütləq qayıdacağıq.

Materialın hazırlanmasında göstərdiyi dəstəyə görə Qərbi Azərbaycan İcması və Azərbaycan Milli Elmlər Akademiyasına təşəkkür edirik.

Paylaş

Xəbər lenti

Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar Bu gün, 22:48 "L7" qrupunun üzvü Cennifer Finç vəfat edib Bu gün, 22:48 Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi toqquşma təhlükəsi yaşayıb Bu gün, 22:48 Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq Bu gün, 21:48 Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb Bu gün, 21:48 Naxçıvanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var Bu gün, 20:48 Konqoda "Ebola"ya yoluxanların sayı 2 267-yə yüksəlib Bu gün, 20:48 Braziliya DÇ-2026 zamanı irqçilik iddiaları ilə bağlı FIFA və BMT-yə ŞİKAYƏT Bu gün, 20:48 Sumqayıtda zəncirvari QƏZA Bu gün, 19:48 Mənzil bazarında bahalaşma gözlənilir? Bu gün, 19:48 Kürdəmirdə iki yük maşını toqquşub, mallar yola dağılıb Bu gün, 19:48 Rusiya Xarkovu vurub: 3 ölü, 16 yaralı var Bu gün, 19:48 Tanınmış məhsul antisanitar şəraitdə hazırlanır? - Qurumdan RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Əraqçı: "Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq" Bu gün, 18:48 Çimərliklərə gedən vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ Bu gün, 18:48 Sabunçu rayonunda güclü yanğın baş verib Bu gün, 18:48 İspaniya, yoxsa Argentina? - Bu gün dünya çempionu bəlli olacaq Bu gün, 17:48 Tanınmış jurnalist Tofiqə Qasımova komadan çıxıb Bu gün, 17:48 Tovuz ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var Bu gün, 17:48 ABŞ İranda Darxoveyn AES-in ətrafına zərbə endirib Bu gün, 17:48 Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb Bu gün, 16:48 FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb Bu gün, 16:48 Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb Bu gün, 16:48 Köhnə Günəşlidə yolda tıxac sürücüləri təngə gətirib Bu gün, 16:48 Ukrayna Qara dənizdə Rusiyaya məxsus iki tankeri vurdu Bu gün, 16:48 Ən çox hansı çimərliklərdə boğulma təhlükəsi var? Bu gün, 15:48 Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib Bu gün, 15:48 İsmayıllıda AĞIR QƏZA: 3 nəfər həyatını itirdi Bu gün, 15:48 Qarabağ kanalında 1 nəfər batıb Bu gün, 15:48 Bakıda qadına qarşı zorakılıq: Şübhəli şəxs saxlanıldı Bu gün, 14:48 SEPAH ABŞ ordusunun PUA-sını vurub Bu gün, 14:48 Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək Bu gün, 13:48 "Facebook" istifadəçiləri giriş problemi ilə üzləşib Bu gün, 13:48 Əfqan Cəlilov yeni departament rəisi təyin etdi Bu gün, 13:48 İsmayıllıda qəzada 3 nəfər ölüb Bu gün, 13:48 İnsanları gecə narahat edən motosiklet sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 12:48 Ağdamda minalanmış ərazidə yanğın olub Bu gün, 12:48 Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib Bu gün, 12:48 Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var Bu gün, 12:48 KİV: FIFA dünya çempionatından rekord gəlir əldə edib Bu gün, 12:48 "Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib Bu gün, 12:48 Deşam Fransa millisinin baş məşqçisi postundan getdi Bu gün, 11:48 Şəhid övladlarının iştirakı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsinə start verilib Bu gün, 11:48 Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib Bu gün, 11:48 Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? Bu gün, 10:48 ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu Bu gün, 10:48 Odessa yaxınlığında vurulan gəminin kapitanı dəfn edildi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR