
Dünyada 1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayırlar.
"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullah "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində ADA universitetində baş tutan "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, iqlim böhranı uşaqların hüquqlarına aid böhrandır: "1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayırlar. Son 30 il ərzində uşaqlara lazımi diqqət yetirilirmirdi, son 2 ildə isə iqlim dəyişikliyi məsələsində uşaqlara təsirinə diqqət çəkilir".
Saca Faruq Abdullah bildirib ki, iqlim dəyişikliyi uşaqların əqli inkişafına təsir edir: "Bundan başqa, uşaqlar təhsil imkanlarından da məhrum ola bilirlər. Xəstəliklərin 88%-i iqlim dəyişikliyi səbəbindən yaranır və 5 yaşa qədər olan uşaqlar bundan təsirlənirlər".
O qeyd edib ki, bütün bu statistikalar göstərir ki, iqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.