
İqlim dəyişikliyi üzrə gündəliyi formalaşdırmağa başlayırıq.
"AVESTA.AZ" xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir"də deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi haqqında dialoqlarda uşaqların mərkəzdə olması vacibdir:
"Uşaqlar bizim gələcəyimizdir. Yaratdığımız strategiyalar bizim, uşaqlarımızın xoşbəxt gələcəyini təmin etməlidir. Hesab edirəm ki, insan kapitalına olan sərmayələr artmalı, məktəblərdə və s. yerlərdə COP29-un önə sürdüyü məsələlər tətbiq edilməlidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.