
"Hazırda ölkədə mövcud xəstəxanaların 90 faizdən çoxu özünü maliyyələşdirməkdə çətinlik çəkir".
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Strateji Təhlil departamentinin rəhbəri Araz Nəsirov "Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi" tvininq layihəsinin açılış mərasimində deyib.
O bildirib ki, gələcəkdə xəstəxanaların resuslarının və imkanlarının səmərələşdirmək və özünümaliyyələşdirmə səviyyəsinə çatdırmaq istəyirlər: "Tvininq layihəsi çərçivəsində bu istiqamətlərdə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməyi planlaşdırırıq. Həmçinin Avropanın aktual hesablamalarını tətbiq etmək istəyirik. Çünki bizim hesablamalarla Avropanın hesablamaları uyğunlaşdırılmalıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.