
BMT-nin baş katibi Antonio Quterreş Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
"AVESTA.AZ" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin Moskvadakı İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov bildirib.
“BMT-nin baş katibi Antonio Quterreş BRICS sammitində dəvətli şəxs kimi iştirak edəcək. Biz 2030-cu ilədək davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olunması və bunun nəticəsində planetimizdə təhlükəsiz və firavan həyatın təmin edilməsi üçün sammitdə mühüm razılaşmaların əldə olunacağına ümid edirik”, - agentliyin müsahibi qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.