
Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində davam edən “Challenge” seriyasına aid Dünya Kubokunda finala vəsiqə qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından "AVESTA.AZ"a verilən məlumata görə, o, dayaqlı tullanma proqramı üzrə yarışda uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.