
Hər COP sessiyası əvvəllər əldə edilmiş razılaşmalara əsaslanır. Braziliyada keçiriləcək COP30 da COP29-da əldə edilmiş razılaşmalardan istifadə ediləcək.
Bunu “AVESTA.AZ”a açıqlamasında Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo bildirib.
“Braziliya üçlük ölkələrindən biri kimi bu görüşdə (PreCop29) xüsusi rol oynayır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya indi birlikdə işləyirlər. Çünki sonuncu COP-da biz hər konfransa sıfırdan başlaya bilməyəcəyimiz qənaətinə gəldik. İndi biz Azərbaycan və BƏƏ sədrlikləri ilə fəaliyyəti sıx əlaqələndiririk. Braziliya burada Belendə tamamlanacaq işləri hazırlamağa kömək etmək istəyən tərəfdaş kimidir”, - o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.