
Yeniyetmə və gənclər arasında idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan Açıq Respublika Turniri oktyabrın 12-də yekunlaşıb.
Bu barədə "AVESTA.AZ"a Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarışda müxtəlif yaş qruplarına aid idmançılar öz bacarıqlarını nümayiş etdirərək qüvvələrini sınayıblar.
Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda birinci yerin qalibləri Nazim Yusifzadə, Aliya İbrahimbəyova, Rəsul Nəsir, Emiliya Adigamova və Rozliya Dubençova, ikinci yerin qalibləri Fərhad Babayev, Xədicəyi Kübra Axundlu, Anatoliy Meniailov, Angelina Yermak, Soel Kim, üçüncü yerin qalibləri Salima Əliyeva, Murad İbrahimli, Həvva Yambulatova və Dəniz Əliyeva olub.
Sonda qaliblər mükafatlandırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.