
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi Könül Mikayılovaya və seçmə komandanın baş məşqçisi Fərhad İsmayılova Avropa Stolüstü Tennis Birliyində vəzifəyə seçiliblər.
Federasiyadan "AVESTA.AZ"a verilən məlumata görə, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
K.Mikayılova yenidən Gender bərabərliyi komitəsinə, F.İsmayılov isə Veteranlar komitəsinə üzv seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.