25-10-2024, 15:40 399

Qvadelupalı fəal: Ölkəmiz hələ də Fransanın müstəmləkəçiliyi altındadır

Qvadelupada apardığımız mübarizə çox ağırdır, çünki ölkəmiz hələ də Fransanın müstəmləkəçiliyi altındadır.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanmış "Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat"ın təqdimatına həsr edilən mətbuat konfransında Qvadelupa təmsilçisi, UPLG-nin baş katibinin müavini Ali Meril deyib.

O qeyd edib ki, ərazidə insan hüquqlarının pozulması məsələsi təmsil etdiyi təşkilatın və hər bir Qvadelupalının gündəlik narahatlıq mövzusudur:

"Ümumiyyətlə, Qvadelupe xalqı daim ehtiyat içində yaşayır. Klod Jan-Pyer, "Klodo" kimi tanınan şəxsin adi bir yol yoxlaması zamanı həyatını itirməsi buna bariz nümunədir. Qvadelupalılar yaxşı bilirlər ki, ərazidə yerləşən Fransanın repressiya qüvvələri ilə adi yoxlama zamanı hər şey baş verə bilər və onlar qarşılaşdıqları istənilən haqsızlığa görə ədalətli yanaşma görməyəcəklər".

O qeyd edib ki, fransız qüvvələrinin törətdiyi zorakılıq və repressiyalar nəticəsində həyatını itirənlər arasında olan üç ailə hazırda vəkilləri ilə birlikdə yaxınlarının ölümünün ədalətli araşdırılması və məhkəmə prosesinin keçirilməsi uğrunda mübarizə aparır:

"Lakin onlar fransız məhkəmələrinin hadisələri obyektiv şəkildə araşdırmasına və məhkəməyə çıxarmasına nail olmaqda çətinlik çəkirlər.
Qvadelupa xalqı artıq əmindir ki, Fransanın hərbi və polis qüvvələri onlara hörmət bəsləmir və xalqa xidmət etmir. UPLG olaraq biz inanırıq ki, Qvadelupa xalqının da bütün xalqlar kimi, hüquqları var və onların tələbi Qvadelupalıların haqlarına dünya miqyasında hörmət edilməsidir".

A.Merlinin sözlərinə görə, Qvadelupada insan hüquqlarının qorunması və müstəqillik tələbinə Fransa repressiyalarla cavab verir:

"Çünki Fransanın müstəmləkə rejimi qvadelupalıların öz torpaqlarında normal yaşamasına və işləməsinə mane olmaq üçün hər şey edir. Təhlükəsizlik problemləri, içməli su çatışmazlığı. bahalı həyat, işsizlik, polis zorakılığı kimi hallar insanları ölkədən baş götürüb getməyə məcbur etmək üçün həyata keçirilir. Ötən 60 il ərzində xalqın azadlıq, suverenlik və müstəqillik istəyinə qarşı Fransanın verdiyi cavab repressiya, rasizm və insan hüquqlarının inkarı olub".

O bildirib ki, 2024-cü ilin son ayları olmasına baxmayaraq, Fransa işğalçı dövlət olaraq qeyd olunan məsələlərin həlli üçün nəinki heç bir müsbət addım atmır, əksinə, fərqli səsləri boğmaq üçün əlindən gələni edir:

"Fransanın hazırkı hökuməti nə Qvadelupedə, nə də digər müstəmləkələrində insan hüquqlarını tanımaq və müdafiə etmək niyyətindədir. Qiymət artımına qarşı etiraz edən xalqlara qarşı məhkəmə təqiblərinin həyata keçiriləcəyini açıq şəkildə bəyan edir. Fransanın belə addımları, Qvadelupe, Martinika və digər müstəmləkələrdəki insanlara qarşı repressiyaların davam edəcəyini göstərir".

Paylaş

Xəbər lenti

Anar Quliyev: "WUF13 dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib" Bu gün, 16:48 Anar Quliyev: "WUF13 inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq" Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI Bu gün, 16:48 Dövlət Komitəsinin sədri: "WUF13-ü 1000-dən çox media nümayəndəsi işıqlandırıb" Bu gün, 16:48 Rossbax: Azərbaycan işə son dərəcə sadiqlik nümayiş etdirib Bu gün, 16:48 Rossbax: WUF13-də rekord sayda - 67 min iştirakçı qeydə alınıb Bu gün, 16:48 Kubanıçbek Omuralıyev İlham Əliyevə təbrik məktubu göndərdi Bu gün, 16:48 WUF13-də ən çox müzakirə olunan urbanizasiya riskləri hansılar old Bu gün, 16:48 Baku TV WUF13-də Bu gün, 16:48 Anna Falu: "Dünyanın hər yerində qadınlar ayrı-seçkiliyə məruz qalır, mənzil hüququ əldə etməkdə maneələrlə üzləşir" Bu gün, 16:48 Alyona Əliyeva WUF13-dən paylaşım edib Bu gün, 16:48 "Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb Bu gün, 15:48 Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb Bu gün, 15:48 Nazir: "Zəngəzurdan keçəcək enerji xətti Türkiyənin regional hab rolunu artıracaq" Bu gün, 15:48 Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb Bu gün, 15:48 Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir Bu gün, 15:48 WUF13-ün bağlanış mərasimi keçirilir Bu gün, 15:48 Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib Bu gün, 15:48 Əli Əsədov WUF13-də fəal iştiraka görə MDB ölkələrinə təşəkkür edib Bu gün, 15:48 Əli Əsədov: İqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçiririk Bu gün, 15:48 Amina Mohammed: Azərbaycan urbanizm mövzusunu qlobal gündəmə çıxarıb Bu gün, 15:48 Amina Mohammed WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Jurnalistə futbol klubunda vəzifə verildi Bu gün, 15:48 Rusiyada tornado gözlənilir Bu gün, 14:48 Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub Bu gün, 14:48 BMT Baş katibinin müavini WUF13-ü uğurla keçirdiyinə görə Azərbaycana təşəkkür edib Bu gün, 14:48 WUF13 iştirakçılarının 55%-i qadınlardır Bu gün, 14:48 Alberto Petrilik: "Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır" Bu gün, 14:48 May günəşinin təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ Bu gün, 14:48 WUF13-də 53 mindən çox şəxs iştirak edib Bu gün, 14:48 Meksika səfiri Azərbaycana təşəkkür edib Bu gün, 14:48 WUF13-ün bağlanış mərasimindən əvvəl mətbuat konfransı keçirilib Bu gün, 14:48 UN-Habitat rəhbəri: WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək Bu gün, 14:48 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər Bu gün, 14:48 Muxtar Babayev: "Təxminən 7 milyon inasan hər il hava çirklənməsi səbəbindən ölür" Bu gün, 14:48 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı Bu gün, 14:48 Hikmət Hacıyevdən jurnalistlərə: Bilirəm, çox ağır və zəhmətli iş idi Bu gün, 14:48 Bu şəxslər 5 min manatadək CƏRİMƏLƏNƏCƏK Bu gün, 13:48 Bakıda 27° isti olacaq Bu gün, 13:48 Nazir: "İyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək" Bu gün, 13:48 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək Bu gün, 13:48 Gözəllik kraliçasına otel otağında hücum edilib Bu gün, 13:48 Azərbaycan və Xorvatiya energetika üzrə əməkdaşlığın potensial istiqamətlərini müzakirə ediblər Bu gün, 13:48 NASA Marsın nadir görüntülərini yayımladı Bu gün, 13:48 WUF13-ün bağlanış mərasimindən əvvəl mətbuat konfransı keçirilir - CANLI Bu gün, 13:48 Rüfət Mahmud: "İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir" Bu gün, 13:48 Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək Bu gün, 13:48 OpenAI 80 illik riyaziyyat problemini HƏLL ETDİ Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR