
Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, B qrupunda "Sumqayıt" evdə "Lənkəran"la qarşılaşıb.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş qonaq komandanın 93:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun açılış matçında A qrupunda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.
II turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.