
Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.
"Report" xəbər verir ki, yeniyetmə idmançı qarışıq kateqoriya üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Ə.Vəliyev Gimnaziadanın növbəti günlərində 50 metr məsafəyə arxasıüstə, kəpənək və sərbəst üsulla üzməkdə mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.