
“Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən atılan raket 400 km uçaraq Yapon dənizindəki iqtisadi zonadan kənara düşüb”.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada deyib.
"Raket ölkəmizin Yaponiya dənizindəki iqtisadi zonasından kənara düşüb", - o bildirib.
Nazir əlavə edib ki, o, qeyri-adi və gözlənilməz trayektoriya ilə uçub.
Daha əvvəl Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.