2-11-2024, 14:54 444

Qərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏY 

Qərb qüvvələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək.

Bunu “AVESTA.AZ”a açıqlamasında “X” sosial şəbəkə platformasında Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etmələrinə dair faktlara münasibət bildirərkən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

O, COP29 yaxınlaşdıqca Britaniya mediasının boykot tərəfdarlarının bir növ tribunasına çevrilərək məsələ ətrafında getdikcə daha azğın tezisləri və fikirləri gündəmə çıxardıqlarını qeyd edib:

“Geosiyasət və iqtisadiyyat mənafelərini öndə tutan dövlətlərin Azərbaycan əleyhinə kampaniyalarının şahidi olduq. Azərbaycanı neft ölkəsi olduğuna görə, qınayan ölkələr yəqin elə sanırlar ki, neft təkcə Azərbaycanda çıxarılır. Onlar deyəsən BP (British Petroleum), “Chevron” və digər nəhəng kompaniyaların varlığından xəbərsizdirlər. Bu təbii resurs niyə təkcə bizim günahımıza çevrilir? Belə bir qanun da yoxdur ki, neft istehsalı ilə məşğul olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tədbir keçirilməsin”.

Komitə sədri Azərbaycanı neft ölkəsi olduğuna görə qınayan dövlətlərin neft idxalında heç də zəif olmadıqlarını bildirib:

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni həmin dövlətlərin rəhbərləri dəfələrlə bəyan edərək ölkəmizə və rəhbərliyinə təşəkkürlərini bildiriblər. 100 milyon tonla neft çıxaran, Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istifadə edən ölkələr Azərbaycanı hansı əsasla qınaya bilər? ABŞ-nin son bir ildə gündəlik çıxardığı neft hasilatı 12,9 milyon barel olaraq pik nöqtəyə çatıb. Bu dünya üçün kifayət qədər böyük rəqəmdir. Britaniyada da vəziyyət fərqli deyil. Britaniyada 61 milyon tondan artıq neft və onun məhsulları istehlak olunur. Bu rəqəm bizim bir ildə çıxardığımız neftdən qat-qat artıqdır. Bu faktlara əsasən qərb qüvvələri anlamalıdırlar ki, neft resursu təkcə Azərbaycanda deyil”.

Zahid Oruc
Zahid Oruc

Z.Oruc bütün bunlara baxmayaraq Azərbaycanın COP29 konfransını yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb:

“Bizi təbii sərvətlərimizə görə heç kim təqsirləndirə bilməz. Prezident İlham Əliyev alternativ enerji sahəsinə keçid üçün dövlət kursu bəyan edib. Ölkə olaraq iqlimə yetərincə töhfə vermişik, verəcəyik. COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan məlumatlar yayanlar uğursuzluqla nəticələnəcəklər”.

O, 278 illik neftin istismarı digər enerji növlərinə keçidi təmin etmək üçün olsa da buna töhfə vermək, yüksək texnologiyalı avadanlıq və qurğuları, günəş panellərini Azərbaycana və o cümlədən digər ölkələrə aşağı qiymətlə sataraq bu prosesi digər dövlətlər arasında yaymağa təşviq əvəzinə beynəlxalq, möhtəkir sistemli kompaniyaların təşkil edilməsinə təəssüfləndiyini deyib.

Xatırladaq ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 1-də birgə məlumat yayıb. Məlumatda bildirilib ki, “X”də Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Bildirilib ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR