5-11-2024, 15:51 419

ARDNF-nin rəhbəri Suveren Fondların Beynəlxalq Forumunun sədr müavini seçilib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin (İH) sədr müavini seçilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, İcraçı direktorun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin məbləği 8 trilyon ABŞ dollarından çox olan, dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Omanın paytaxtı Maskatda keçirilən 16-cı illik iclasında iştirak edir. Oman İnvestisiya Təşkilatının “Dayanıqlı gələcək axtarışında” başlığı altında ev sahibliyi etdiyi tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutunu təmsil edən 200-dən çox nümayəndə qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İH- yeni tərkibi müəyyən olunub. SFBF-nin sədr müavini vəzifəsinə keçirilən seçkilərdə İ.Məmmədov səs çoxluğu ilə seçilib. Bu vəzifəsi 3 illikdir və müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti 3 il ərzində sədr vəzifəsinin icrası başlayır. İ.Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.

İ.Məmmədov Santiaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq,” – deyə o bildirib.

Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.

Katibliyi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabrda Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığı altında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutub.

Paylaş

Xəbər lenti

Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR