5-11-2024, 15:14 544

Nyu-York marafonunda dünya rekordu yenilənib - Azərbaycan təmsilçisi ilə MÜSAHİBƏ

Bu il 53-cü dəfə keçirilən Nyu-York marafonuna dünyanın yüzlərlə ölkəsindən 55.646 atlet qatılıb və yarışda iştirakçı sayına görə Berlin marafonundan sonra dünya rekordu yenilənib. Marafon ABŞ-nin Nyu-York şəhərinin Bruklin adasından başlayıb. Atletlər Quins və Bronksdan keçdikdən sonra Manhetten adasında Mərkəzi Parkda yarışı yekunlaşdırıblar.

Azərbaycanı Nyu-York marafonunda ABŞ-də yaşayan həmyerlimiz Alyona Naftaliyeva təmsil edib. O, Azərbaycan bayrağı ilə marafonu tamamlayıb.

A.Naftaliyeva "AVESTA.AZ"un ABŞ bürosuna müsahibəsində Nyu-Yorka köç hekayəsindən və Azərbaycanı təmsil etdiyi Nyu-York marafonundan bəhs edib.

- Alyona xanım, sizi tanıyaq, neçə ildir ABŞ-də yaşayırsınız?

- Amerika Birləşmiş Ştatlarına 1999-cu ildə Bakıdan köç etmişəm, artıq 24 ilə yaxındır Nyu-Yorkda yaşayıram. Bakıda yəhudi ailəsində dünyaya göz açmışam. Anam rus, atam isə yəhudidir. Bir bacım var. Bakıda uşaqlığım çox maraqlı və əyləncəli keçib. Valideynlərim bizi uşaqlıqdan musiqi məktəbinə qoymuşdu, piano çalırdıq, üzməyi öyrənirdik. Bacım ailə qurdu və Amerikaya köçdü. Daha sonra mən tibbi təhsil almaq üçün Nyu-Yorka gəldim. Təhsilimi tamamladıqdan sonra 15 il xəstəxanada işlədim, sonra karyeramı dəyişməyə qərar verdim və xəstəxananı tərk etdim. İxtisasımı dəyişdim, indi həm Nyu-York bələdiyyəsində işləyirəm, həm də Nyu-York marafonu ilə əlaqəli olan bir çox layihələrdə könüllü olaraq fəaliyyət göstərirəm. Yeni gəldiyim zaman çox çətin idi. Gün ərzində 15 saat işləyirdim və eyni zamanda təhsil alırdım. Daha sonra ailəm də bura gəldi, Bakıda ailə üzvlərimdən heç kim yoxdur.

- Necə oldu ki, Nyu-York marafonunda Azərbaycanı təmsil etməyə qərar verdiniz?

- 2019-cu ildən etibarən marafonlarda iştirak etməyə başladım. 6 ilə yaxındır ki, artıq həm peşəkar, həm də həvəskar atlet kimi marafonlara qatılıram. Budəfəki Nyu-York marafonu 3-cü böyük yarışdır ki, iştirak edirəm. 21 kilometr qısaməsafəli və 42 km uzunməsafəli tam marafonda iştirak etmişəm və onlarla medalım var. Böyük marafonlarda elit atletlərə sadəcə kateqoriyaya uyğun medallar verilir. Onlar digərləri ilə müqayisədə daha erkən saatlarda marafona start verirlər. Digər atletlər finişə hansı saatda gəlməsindən asılı olmayaraq, eyni medallarla təltif olunurlar.

Marafonda qaçmaq üçün bir neçə ay öncə hazırlıqlara başlayıram. Vücudum və beynim buna hazır olmalıdır. Bakıda da idmanla məşğul olurdum, orada da atlet idim. Bir qədər işlərimi və həyatımı yoluna qoyduqdan sonra yenidən idmana qayıtdım. İlk başladığım zamanlarda tək hazırlaşırdım və tək qaçırdım. Çünki özümə inamım və güvənim yox idi. Daha sonra artıq müxtəlif atlet qruplarına qoşuldum və onlarla qaçmağa başladım. Mən vegetarianam, ət yemirəm, tərəvəzlərlə qidalanıram. Bunun üçün də uzun məsafələri qaçmaq bir qədər yorucu olur. Üç il ardıcıl böyük marafonlardan sonra bu dəfə də heç bir zədə almadan Nyu-York marafonunu uğurla tamamladım. Azərbaycan bayrağı ilə finiş xəttinə gəldim və bunun qürurunu yaşayıram.

Nyu-York marafonu artıq 53-cü ildir keçirilir və dünyanın bütün ölkələrindən bu marafonda atletlər iştirak edirlər. Marafonun açılışında millətlərin paradı keçirildi, mən Azərbaycanı təmsil etmək üçün oraya da dəvət almışdım. Ölkələri əlifba sırası ilə qeyd etdikləri üçün ilk olaraq mənim adım səsləndi və mən ilk sırada Azərbaycan bayrağı ilə addımladım.

- Marafonda sizdən başqa azərbaycanlı atletlər yarışırdılar?

- Bir neçə azərbaycanlı atletin Nyu-York marafonunda yarışacağını bilirdim, onların adlarını siyahıda görmüşəm, ancaq onlarla tanış olmaq şansım olmayıb. Onları tapmaq, birlikdə təcrübələrimizi bölüşmək istərdim. Hətta Nyu-Yorkda azərbaycanlı atletlər qrupunu yaradıb onlarla bərabər müxtəlif marafonlarda Azərbaycanı təmsil etmək istəyirəm. Komandamıza ad belə fikirləşmişəm. Bu, Bakı və ya Azərbaycan olacaq. Bu, mənim ən böyük arzumdur.

Azərbaycandan gəldiyimi, köklərimi heç vaxt unuda bilmərəm. Qaçmağa başladığım ilk gündən bu yana hər yerdə azərbaycanlı olduğumu, Azərbaycanı təmsil etdiyimi yazıram. Hər zaman əlimdə Azərbaycan bayrağı var. Xüsusilə də böyük marafonlarda Azərbaycan bayrağını çiynimdə dalğalandırıram və finiş xəttinə gəldiyim zaman onu başımın üstünə qaldırıb qələbəmi onunla qeyd edirəm. Azərbaycanlı kimliyimlə qürur duyuram. Bunu heç bir güc məndən ala bilməz. Məndən hər zaman haralı olduğumu soruşurlar. Onlara Azərbaycanın sərhəd olduğu ölkələri deyirəm və Xəzər dənizi haqqında danışıram, xəritədən göstərirəm. Onu deyə bilərəm ki, Azərbaycan Amerikada yeməkləri və zəngin tarixi binaları, arxitekturası ilə məşhurdur. Azərbaycanlı dostlarım tez-tez mənə Bakıdan şəkərbura, badambura, şəki paxlavası, qoğal göndərirlər. Mən o şirniyyatları burada da tapa bilirəm, ancaq oradan gələnin dadı tamamilə fərqlidir. Dad əsla eyni deyil. Bəzi amerikalı dostlarım sadəcə paxlava yemək üçün Bakıya gedəcəklərini deyirlər.

Anam peşəkar basketbolçu idi. O, "Neftçi" Voleybol Klubunda oynayıb və olduqca çox uğurlu biri idi. 1965-1967-ci illərdə bütün media anamın və onun oynadığı komandanın uğurlarını yazırdı. İndi hər iki valideynim buradadır. Mən bir qədər onlardan uzaqda yaşayıram. Onlar Nyu-Yorkda azərbaycanlı ailələrin ən çox yerləşdiyi səmtdə yaşayırlar. İndi bir qədər yaşlıdırlar və vaxtlarını əsasən Nyu-Yorkdakı azərbaycanlılarla keçirirlər, televiziya izləyirlər. Arada Bakıya gedirik. Bakıda uşaqlıq dostlarım, tanışlarımla görüşürəm. Sonuncu dəfə 2018-ci ildə Bakıda olmuşam. Yaxında yenidən Azərbaycana gedəcəyəm və Bakı marafonunda iştirak etməyi planlaşdırıram. Ana vətənimdə marafonda iştirak etmək ən böyük arzularımdan biridir. Azərbaycan üçün çox darıxıram. Bakıya hər dəfə gedəndə ilk getdiyim yer Qız Qalasıdır. Mütləq ora getməliyəm. Ürəyim məni ora aparır. Daha sonra böyüdüyüm küçələri gəzirəm, dolaşıram.

Evimdə Azərbaycandan gələn suvenirlər və içkilər var. Onların bəziləri atamın kolleksiyasıdır, bəzilərini isə özüm gətirmişəm. Burada bir neçə azərbaycanlı dostlarım var. Onlarla bəzən görüşüb Azərbaycan restoranına gedirik. Nyu-Yorkda olduğum üçün xoşbəxtəm. Burada bütün ölkələrdən, fərqli mədəniyyətlərdən insanlar var. Onlarla söhbət etmək, Azərbaycan haqqında məlumatları bölüşmək məni həyəcanlandırır.

Məni izləyənlərə məsləhətim odur ki, hər zaman hərəkətdə olsunlar. Bütün azərbaycanlıları sevirəm, onlara buradan sevgilərimi və salamlarımı göndərirəm.

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR