
Qırğızıstan və Azərbaycan müxtəlif texnoloji aspektlərdə bir-birindən çox şey öyrənə bilər.
Bunu “AVESTA.AZ”a açıqlamasında qırğızıstanlı politoloq Bakıt Bakitayev deyib.
O qeyd edib ki, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin-Qırğızıstan-Özbəkistan yolunun tikintisi planlaşdırılır və bu yol Transxəzər nəqliyyat marşrutu ilə Azərbaycana qədər davam edəcək.
"Qırğızıstanın böyük təbii ehtiyatları, hidroenerji potensialı var və əminəm ki, hökumətlərimiz ikitərəfli əməkdaşlığın ən əlverişli variantını tapacaqlar", - politoloq bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.