
"Azərbaycan və İsrail arasında əməkdaşlıq əhəmiyyətlidir".
“AVESTA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Elm və Hüquq üzrə Akademik Mərkəzinin prezidenti Aviad Hakoen deyib.
Nümayəndə heyəti “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəliblər.
A.Hakoen konfransın gələcək nəsillər üçün fəal mədəni mübadilənin davam etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb: "Ölkələrimiz arasında əla münasibətlər var. İsrail və Azərbaycan bir-birindən çox şey öyrənə bilər. Ümid edirəm ki, konfrans vasitəsilə ikitərəfli əlaqələr daha da dərinləşəcək və biz mədəniyyətlərimizi daha yaxından tanıyacağıq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.