6-11-2024, 12:39 313

Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul edilib

Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Biz, COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Təşkilat Komitəsini və zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.

Dini Liderlərin Qlobal Sammitinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.

Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvi dünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir və əks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz, dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin bir parçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirik ki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqam Yaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyada yaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs öz xitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli, təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalı bu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etmək olmalıdır.

Dini Liderlər olaraq biz, öncəki COP 28 Sammitində dünyada hökm sürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılması sahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını və proqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradan qaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki, Azərbaycanda keçirilən COP 29, həmçinin, dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.

Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi olduqca vacibdir. COP 29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olan mənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyə edirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumi səylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COP tədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik. Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklif və əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etika anlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat, dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlim problemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumi hədəfə doğru nailiyyətlərimizi artırar. COP 29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik.

COP sessiyalarına sədr ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər.

Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının qorunması, bütün yaradılmışların və Yer üzünün xilası – qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən, Birləmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılması zəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı zirvə görüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycan dövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirin təşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərində uğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!".

Paylaş

Xəbər lenti

EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb Bu gün, 00:48 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi Dünən, 23:48 Sabah Yasamal və Qaradağda qaz olmayacaq Dünən, 23:48 Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər Dünən, 23:48 Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünən, 23:48 15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI Dünən, 23:48 Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Dünən, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Dünən, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Dünən, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Dünən, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Dünən, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Dünən, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Dünən, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Dünən, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Dünən, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Dünən, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Dünən, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Dünən, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Dünən, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Dünən, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Dünən, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Dünən, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Dünən, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Dünən, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Dünən, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Dünən, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Dünən, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Dünən, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Dünən, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Dünən, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Dünən, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Dünən, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Dünən, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Dünən, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Dünən, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Dünən, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Dünən, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Dünən, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Dünən, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Dünən, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Dünən, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Dünən, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Dünən, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR