9-11-2024, 10:42 326

Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ

Növbəti həftədən etibarən Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısının konfransda iştirak üçün Bakıya təşrif buyurması gözlənilir. 29-cu konfransdan liderlərin və bütövlükdə dünyanın gözləntisi isə iqlim maliyyəsi probleminin həlli istiqamətində qərarın qəbul edilməsidir. Qarşıya qoyulan hədəflərə çatma yolunda isə Azərbaycan tərəfi COP28-in ev sahibi olmuş Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) və COP30-un keçiriləcəyi Braziliya sədrlikləri ilə sıx əməkdaşlıq içərisindədir. COP Sədrlikləri Üçlüyünü formalaşdıran bu tərəflər hazırda həm də ötən il qəbul olunmuş BƏƏ Konsesusunun iştirakçı ölkələr tərəfindən icrası üçün çalışırlar.

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi “Report”a müsahibəsində COP29 çərçivəsində iki ölkənin əməkdaşlığı, konfransdan gözləntiləri, iqlim hədəflərinə nail olma yolunda atılan addımlar və digər məsələlər bağlı sualları cavablandırıb:

- Cənab səfir, ilk olaraq fəaliyyətə başladığınız dövrdən etibarən Azərbaycanın sizdə yaratdığı təəssüratları bizimlə bölüşməyinizi istərdik.

- Azərbaycan, həqiqətən də, unikal və heyranedici bir ölkədir. Ölkənizin gözəl təbiət mənzərələrini, qonaqpərvərliyini, sürətlə inkişaf edən şəhərlərini, zəngin mədəniyyətini və mətbəxini çox yüksək qiymətləndirirəm. Ötən müddət ərzində Azərbaycanın müxtəlif şəhər və bölgələrini ziyarət etmək imkanım olub və deyə bilərəm ki, bu bölgələrin hər biri özünəməxsusluğu və füsunkarlığı ilə seçilir.

- Cari ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər etdi. Bu səfər çərçivəsində iki ölkə arasında bir çox sənədlər imzalandı. Bugünkü baxışdan həmin səfərin nəticələrini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün potensial sahələr hansılardır?

- Bu, tarixi səfər idi, çünki Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə idi ki, Bakıya gəlirdi. Bu əhəmiyyətli hadisə zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu da daxil olmaqla bir sıra mühüm sənədlər imzalandı. Həmin memorandum BƏƏ və Azərbaycanın ikitərəfli münasibətlərə verdikləri önəmi və dayanıqlı inkişaf üçün ortaq baxışımızı vurğulayır.

Gələcəyə baxdıqda xalqlarımız arasında əlaqələrin inkişafı ilə yanaşı, əməkdaşlığımızın genişləndirilməsi üçün də çoxsaylı potensial sahələrin mövcud olduğunu görürük. Ölkələrimiz arasında viza rejiminin ləğvi turizm sahəsində, xüsusilə tibbi turizmdə inkişaf üçün imkanlar yaradır. Əməkdaşlıq üçün bərpa olunan enerji, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, səhiyyə və ekologiya kimi sahələr də var. Bunlarla yanaşı, logistika, informasiya texnologiyaları, innovasiya və süni intellekt sahələrində əhəmiyyətli perspektivlər görürük. Maliyyə və investisiya sahələri də olduqca cəlbedici görünür. Həmçinin aparıcı yerli şirkətlərlə birgə müəssisələr yaratmaq imkanları var. Son olaraq isə, fikrimcə, tikinti, daşınmaz əmlak, eləcə də françayzinq kimi sektorlar ölkələrimiz arasında tərəfdaşlıq üçün müxtəlif istiqamətləri nümayiş etdirir.

- Bir neçə gün sonra Bakı COP29-a ev sahibliyi edəcək. COP28 isə ötən il Dubayda keçirilib. Bu çərçivədə konfransa hazırlıqla əlaqədar ötən bir ilə yaxın dövr ərzində iki ölkə arasında əməkdaşlıq necə qurulmuşdu? Sizcə, konfransın ardıcıl olaraq neft ixrac edən ölkələrdə keçirilməsinin üstünlükləri nələrdir və bu, dünyaya hansı mesajları çatdıra bilər?

- Biz artıq müxtəlif sahələrdə çox məhsuldar ikitərəfli əməkdaşlıq qurmuşuq və inanıram ki, COP29 çərçivəsində əməkdaşlığımızdan ölkələrimiz çox fayda götürəcəklər. Belə iqlim konfranslarına ev sahibliyi etmək bərpa olunan enerjinin əhəmiyyətini vurğulamaq üçün unikal imkan təqdim edir. Həmçinin bu, ətraf-mühit məsələləri ilə bağlı cəmiyyətdə məlumatlılığı artırmaq üçün nümunəvi bir model hesab oluna bilər.

COP28 198 tərəfin iştirak etdiyi tarixi BƏƏ Konsensusu ilə nəticələnərək yeni bir iqlim fəaliyyəti dövrünün başlanğıcını qeyd edən müstəsna uğura imza atdı. Konfrans qərarların qəbulu prosesində bütün səslərin eşidilməsini və qiymətləndirilməsini təmin edərək bu günə qədərki ən inklüziv tədbir oldu.

COP28 zamanı 1.5°C hədəfinin qorunmasını nəzərdə tutan iddialı iqlim gündəminin elan edilməsi də daxil olmaqla əldə edilən mühüm nailiyyətlər həm də BƏƏ-nin iqlim fəaliyyətini öz iqtisadi diversifikasiya strategiyasına inteqrasiya etməyə olan qərarlılığını əks etdirir. BƏƏ uzun zamandır iqlim fəaliyyəti ilə bağlı qlobal çağırışlara praktiki həllər təklif etmək, dayanıqlı iqtisadi inkişafı təşviq etmək, gələcək nəsillər üçün bilik, bacarıq və iş yerləri yaratmaq imkanı kimi baxır.

Paris Sazişini imzalayan və ratifikasiya edən, iqtisadiyyat üzrə emissiya azaldılmasına sadiq olan, eləcə də 2050-ci il üçün “Net Zero” strateji təşəbbüsünü elan edən regiondakı ilk ölkə kimi, BƏƏ iqlim innovasiyasında lider mövqedədir. Ölkəmiz dünyadakı ən böyük və ən sərfəli üç günəş stansiyasına ev sahibliyi edir və sənaye miqyaslı karbon tutma texnologiyası ilə sıfır emissiyalı nüvə enerjisini inkişaf etdirib.

BƏƏ-nin bərpa olunan enerjiyə təsirli nüfuzu və lider rolu qonşu ölkələri oxşar iddialı iqlim təşəbbüslərini qəbul etməyə təşviq edir. Hidrokarbon istehsal edən bir ölkə olaraq BƏƏ enerji keçidindəki mühüm rolunun fərqindədir və ortaq hədəflərin müəyyən edilməsi üçün liderlər arasında əməkdaşlığı təşviq etmək niyyətindədir.

Azərbaycan ilə tərəfdaşlığımız BƏƏ-nin cəsarətli iqlim fəaliyyətinə və dayanıqlı inkişafa sadiqliyini gücləndirərək iqlim dəyişikliyi ilə mübarizədə dönüş yarada və mənalı həllər təqdim edə bilər.

- Azərbaycanda 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edib. Həmçinin ölkədə 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya”ya nail olmaq da daxil “yaşıl” iqtisadiyyata keçid prioritet kimi müəyyənləşib. Bu fonda COP29-dan gözləntiləriniz nələrdir və Azərbaycanın iqlim hədəflərinə nail olmaq səylərini necə qiymətləndirirsiniz?

- COP29-un Azərbaycanda keçirilməsi ölkəniz üçün əlamətdar bir uğurdur. Bu nailiyyət münasibətilə bir daha Azərbaycanı təbrik edirəm.

BƏƏ Konsensusu ilə nəticələnən COP28-in böyük uğuru üzərində qurulan COP29 BƏƏ-də qəbul edilən iddialı qərarların həyata keçirilməsi üçün lazım olan mexanizmlərin müzakirə olunması və tətbiq edilməsi üçün dəyərli bir fürsət təqdim edir.

COP28 bütün səslərin eşidildiyi və prosesə cəlb olunduğu qeyri-adi inklüzivliyi ilə seçildi. Konfrans 1.5°C hədəfinin qorunmasını hədəfləyən cəsarətli iqlim gündəmini əks etdirən BƏƏ Konsensusunun əldə edilməsi ilə mühüm nailiyyətə imza atdı. Bu tarixi razılaşma net sıfır emissiyalara nail olmaq üçün fosil yanacaqlardan keçidi təşviq edir və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) təqdim olunmasını tövsiyə edir. Bundan əlavə, iqlim maliyyəsi üçün yeni arxitekturanın qurulması istiqamətində inkişafa təkan verməklə yanaşı, 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması üçün xüsusi hədəf müəyyən edib.

BƏƏ Konsensusu bir il ərzində həyata keçirilən inklüziv diplomatik əlaqələrin və iki həftəlik gərgin danışıqların nəticəsidir. COP28 sədrliyinin Qlobal Dəyərləndirməyə (Global Stocktake) cəsarətli cavab vermək və Paris Sazişinin əsas məqsədlərini yerinə yetirmək səylərini əks etdirir. Ümumilikdə, COP28 sədrliyi ədalətli və nizamlı enerji keçidinə, iqlim maliyyəsinin əlçatanlığının artırılmasına, insan və təbiətə üstünlük verilməsinə və iqlim fəaliyyətində tam inklüzivliyin təmin olunmasına vurğu edən “Fəaliyyət Gündəliyi” vasitəsilə cəsarətli addımlar atdı.

COP29-un Azərbaycanda keçiriləcəyini nəzərə alaraq onun COP28-in impulsunu davam etdirəcəyini və Braziliyada baş tutacaq COP30-a doğru daha da irəliləyişə yol açacağını gözləyirik. Bu toplantılar birlikdə qlobal iqlim fəaliyyətinin və əməkdaşlığının əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə verə bilər.

Cənab səfir, hər il BƏƏ-dən Azərbaycana çox sayda turist gəlir. Sizcə, Azərbaycanı BƏƏ vətəndaşları üçün cəlbedici edən nədir? Viza rejiminin ləğvindən sonra ziyarətçi sayının artacağını düşünürsünüzmü?

- Turizm vacib bir sektordur və ölkələrimiz arasında turist sayının qarşılıqlı şəkildə artması o deməkdir ki, hər iki istiqamətdən ziyarətçilər bu səfərlərdən məmnunluq duyurlar. Mədəniyyət, ənənə və qonaqpərvərlik kimi amillər turizm sahəsində əməkdaşlığa müsbət təsir göstərir.

Məqsədimiz turistlər üçün səfərləri asanlaşdırmaqdır və yaxınlarda elan edilmiş vizasız rejim qarşılıqlı səfərləri daha da artırıb. Mən vaxtaşırı Azərbaycan turizm sahəsinin rəsmiləri ilə görüşürəm və qarşılıqlı turist səfərlərinin sayını daha da artırmaq üçün turizm təşkilatları ilə əlaqələri genişləndirmək təşəbbüslərini müzakirə edirəm.

Bu səylər turizm sektorunda ikitərəfli münasibətlərimizi inkişaf etdirməyə olan davamlı sadiqliyimizi vurğulayır.

Paylaş

Xəbər lenti

Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Dünən, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Dünən, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Dünən, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Dünən, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Dünən, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Dünən, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Dünən, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Dünən, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Dünən, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Dünən, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Dünən, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Dünən, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Dünən, 16:48 Anar Əsədli barəsində qərar verilib Dünən, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Dünən, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR