13-11-2024, 18:58 294

Prezident İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.

"Report" xəbər verir ki, Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.

Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.

Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.

Beləliklə, bir daha xoş gəlmisiniz.

x x x

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin dedi:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.

Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.

Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.

İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.

Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Mənim də ən xoş arzularımı və salamlarımı Vladimir Vladimiroviçə çatdırın.

Mixail Mişustin: Sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

17:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir Bu gün, 12:48 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR