14-11-2024, 17:39 423

Bakıda Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu gün rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığı gücləndirmək üçün Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib.

"AVESTA.AZ" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir.

Məlumata görə, sessiyanı nazirlik, COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi təşkil edib.

“Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü sənayenin yaşıl keçidə necə rəhbərlik edə biləcəyinə və iqlimə davamlılığı gücləndirə biləcəyinə dair güclü nümunə yaradır” deyən BTİ-nin baş katibi Doreen Bogdan-Martin həmçinin əlavə edib: “Rəqəmsallaşma Günündən sonra ortaya çıxacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bizə irəliyə doğru yol göstərir. Bizə isə hazırda lazım olan məqsədlə və bərabər məsuliyyətlə idarə olunan iqlimə uyğun rəqəmsallaşmadır”.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura və ətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmaya ehtiyac olduğunu vurğulayıb: “Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik və çevikliyə nail ola bilərik”.

Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın rolu vurğulanıb.

Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematik müzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Belə ki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsas nəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.

Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində və hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcı olduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət treki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.

Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.

Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürət yaratmağa çağırışdır.

COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək.

Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.

Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.

Paylaş

Xəbər lenti

Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Dünən, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Dünən, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Dünən, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Dünən, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Dünən, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Dünən, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Dünən, 17:48 Toydan gələrkən qəzaya düşdü Dünən, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Dünən, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Dünən, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Dünən, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Dünən, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Dünən, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR