30-11-2024, 10:27 468

COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

"Report" xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.

2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60 minə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər.

Ümumilikdə, AzTV-də 1234, “REAL” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Space” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Paylaş

Xəbər lenti

Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq Bu gün, 15:48 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48 Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var Bu gün, 14:48 Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib Bu gün, 14:48 Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb Bu gün, 14:48 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48 Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb Bu gün, 13:48 Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib Bu gün, 13:48 Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Bu gün, 13:48 "Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı Bu gün, 13:48 Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq Bu gün, 13:48 Mayk Tayson türk serialına çəkiləcək Bu gün, 13:48 66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi Bu gün, 13:48 Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA Bu gün, 12:53 Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU Bu gün, 12:52 İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün, 12:52 Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb Bu gün, 12:49 Ceyhun Bayramovun Niderland XİN rəhbəri ilə görüşü başlayıb Bu gün, 12:49 Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi Bu gün, 12:49 Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib Bu gün, 12:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR