
Misli Premyer Liqasının XV turunda “Kəpəz” “Şamaxı”nı məğlub edib.
“Report”un məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 70-ci dəqiqədə Paçu rəqib qapısından keçirib.
Qeyd edək ki, bu oyundan sonra “Kəpəz” turnir cədvəlində xallarının sayını 10-a çatdıraraq 9-cu pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.