
Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman X sosial şəbəkəsində məlumat yayıb.
O, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Qeyd edək ki, İ.Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.